Halmahera dənizi
Halmaxera dənizi (ing. Halmahera Sea) — Sakit okeanında adalar arası dəniz olaraq, İndoneziyaya məxsus Molukka və Yeni Qvineya adaları arasında yerləşir. Qərbdə Halmahera, şimalda Vayqeo, şərqdə Cedravasix, cənubda Misool, cənub qərbdə isə Obi adaları arasında mövqe tutur. Sahəsi 75,000 km², həcmi 56,000 km³, orta dərinliyi 747 m, ən dərin yeri isə 2072 metr təşkil edir. Səthində temperatur avqustda 25,7 S, mayda isə 28,6 S təşkil edir. Duzluğu 34-34,6 ‰ arası dəyişir. Əsas limanı Soronq (Yeni Qvineya).
Qısa və ensiz şelf xəttinə malikdir. Şimal-şərq, şərq ərazilərdə şelf xətti nisbətən parçalıdır və dənizdə kiçik dayazlıqlar əmələ gətirir. Dərinlik birdən-birə artaraq 1000 metrə çatır.